"Səyahətləri təxirə salmaq virusun qarşısını almağa kifayət etməz".Xəbərimvar.az Baku.Tv-yə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə hallar idarəsinin rəhbəri Mike Ryan deyib.
O bildirib ki, ÜST hər zaman səyahət tədbirlərinin digər tədbirlər ilə birlikdə istifadə edilməsini tövsiyə edir: "Səyahət tədbirlərinin qadağan edilməsi xəstəliklə mübarizədə təsirli deyil, eyni zamanda təkcə əl yumaq və ya maska taxmaq da o qədər faydalı deyil. Əsl həqiqət budur ki, hazırda pandemiya dayandığımız yerdə, müəyyən mənada virus hər yerdədir. Beləliklə, virus hərəkət etmək fürsəti tapdıqda hərəkət də edəcək, ölkələr daxilində və ya ölkələr arasında.”
Təşkilatın Səhiyyə Fövqəladə Hallar Proqramının icraçı direktoru Mike Ryan, hökumətlərin iqtisadiyyatlarını yenidən bərpa etmək və ölkələrini xəstəlikdən qurtarmaq üçün necə mübarizə apardıqlarını diqqətə çatdırıb, lakin yanaşmanın yalnız bir tədbir layihəsi ilə əlaqələndirilməməsi lazım olduğunu bildirib.İcraçı direktor əlavə edib ki, yaxın gələcəkdə ölkələrin sərhədlərinin bağlı qalması "demək olar ki, mümkünsüz olacaq” və sərhədlər yenidən açılanda və qlobal ticarətlə məşğul olduqda xəstəliyin ətrafa keçmə riskini minimuma endirmək üçün yol tapmalıdırlar.
"Ayrı-ayrı ölkələrin yaxın gələcək üçün sərhədlərini bağlamaları, demək olar ki, mümkünsüz olacaqdır. İqtisadiyyat açılmalı, insanlar işləməli, ticarət bərpa edilməlidir. Bəs, necə açacağıq və necə yenidən hər şeyi bərpa edəcəyik? Bu dəqiqə hər kəs bunun üzərində düşünür və bir çıxış yolu tapmağa çalışır. İnanırıq ki, beynəlxalq səyahətlə əlaqəli riskləri müəyyənləşdirmək və minimuma endirmək mümkündür."
Beləliklə, artan yoluxma hallarına görə Ümumdünya Səhiyyə Təşkilatı narahat olsa da, bir çox “yumşalma” tədbirlərinin nəzərdə tutulduğunu və bunun bəşəriyyət üçün vacib olduğunu bildirirərək ürəklərə su sərpib desək, yanılmarıq.
Çap