Amerika Birləşmiş Ştatları Konqresinin Qaydalar Komitəsində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal faktını tanıyan 296 saylı düzəliş qəbul edilib. Bu düzəlişdə işğal olunmuş ərazilərdən köçkün düşmüş və həlak olmuş əhali barədə məlumatların ABŞ Dövlət və Müdafiə departamentləri tərəfindən birgə hesabatın Konqresə təqdim edilməsi nəzərdə tutulur. Bu yeni düzəlişlər erməni lobbisinin və xüsusilə də, Daşnak Partiyasını təmsil edən Amerikanın Erməni Milli Komitəsinin ciddi çaşqınlığına və məyusluğuna səbəb olub.(musavat.com)