Menu
20 iyl 10:40XƏBƏR LENTİ / Hadisə

Nazilə Səfərli: "Psıxoloji problemim yoxdur, ağlım yerindədir"

Ağlım yerindədir, psixi problemim yoxdur, nə paylaşdığımı bilirəm. Niyə hamınız düşmüsünüz üstümə?"
Bu sözləri şairə Nazilə Səfərli öz "İnstagram" səhifəsindəki videomüraciətində bildirib.
Qeyd edək ki, Nazilə Səfərlinin şəhid general Polad Həşimovun anası ilə foto paylaşıb, ardınca onlara hədiyyə kondisioner göndərməsi sosial şəbəkələrdə sərt tənqid olunub, "özünü reklam" kimi dəyərləndirilmişdi. Şairə bu tənqidlərə cavab olaraq bildirib:
"Gecə ilə bir şəhidin qapısına getmişdim və bunu paylaşmışdım. Niyə bilmədən danışırsınız? Gecə getdim, gördüm istidir, fikirləşdim ki, millət gələcək, isti olmasın. Hədiyyə göndərdim, geri qaytardılar. Özü də geri qaytarmayıb, deyib ki, evdə adam çoxdur, bunu qoymağa yer yoxdur. Həm də evdə kondisioner olub, mən görməmişəm. Anamıza dedim, "səndən küsmüşəm, payımı geri çevirdin". O da bildirdi ki, payı geri çevirmərəm, evdə adamlar çox idi".
Bir ölkənin şəhidi varsa, vətəndir. Kim kiməsə yardım edərsə, "sağ ol" deyərlər.
Neçə ay əvvəl koronavirus başlayanda müğənniləri baltalayırdınız. Apardılar əllərində nə var idisə imkansızlara payladılar. Özümə niyə reklam tutum ki? Beş aydır işləmirəm. Könlümdən keçdi, balam üçün canından keçənə hədiyyə göndərdim. Siz də edin. O, şəhid anasının ayaqlarından öpüm".(musavat.com)
Çap
Komment Əlavə et