Menu
12 iyl 21:23XƏBƏR LENTİ / Gündəm

Qazilərdən çağırış: "Dayanmaq olmaz!"

Qarabağ qaziləri" ictimai birliyi cəbhədə baş verən erməni təxribatına öz münasibətlərini bildirərək əsgər və zabitlərimizə dəstək ifadə ediblərErmənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub.
Təəssüf ki, döyüşü itkisiz başa vura bilmədik. Belə ki, döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.
Qaziler.az saytına istinadən bildirik ki, "Qarabağ qaziləri" ictimai birliyi cəbhədə baş verən erməni təxribatına öz münasibətlərini bildirərək cəbhədə azğın düşmənlə ağır döyüşə girən əsgər və zabitlərimizə dəstək ifadə ediblər.
"Qarabağ qaziləri" birliyi cəbhədə baş verən erməni təxribatı ilə bağlı bildirib:
"Cəbhədə düşmənin təxribat törətməsi və ordumuzun onlara cavab verməsi barədə xəbərləri həyacanla izləyirik! "Qazilər birliyi" olaraq bəyan edirik ki, bu gərgin anlarda ordumuzun yanındayıq! Minlərlə qazi döyüşə hazırdır! Allah əsgər və zabitlərimizə kömək olsun! Qazilər Silahlı Qüvvələr Komandanlığından düşməni sona qədər qovaraq torpaqlarımızdan çıxaracaqlarına ümid edir. Biz gözləyirik ki, artıq işğalçılar torpaqlarımızdan tamamilə çıxarılacaq və Qarabağ azad olunacaq. Dayanmaq olmaz. İrəli getməliyik".
Çap
Komment Əlavə et