Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Qarabağ"la "Düdelanj" matçında təxribata yol verilib. "Qarabağ" ikinci qolu rəqib komandanın qapısından keçirdikdən sonra meydanın ortasında dron vasitəsilə qondarma Dağlıq Qarabağ rejiminin bayrağı dalğalandırılıb.
Hazırda davam edən matçda fasilə yaranıb. "Qarabağ"ın oyunçuları təxribata etirazlarını bildiriblər. Hakim matçı qeyri-müəyyən müddətə təxirə salıb.
***
Müəyyən təhlükəsizlik tədbirləri görüldükdən sonra "Düdelanj"la "Qarabağ"ın matçı artıq bərpa edildi.
***
Matçın bərpa edilməsinin səbəbi açıqlanıb.
Lüksemburqun İdman nazirinin üzrxahlığından sonra görüş bərpa edilib.(axar.az)
Çap