Menu
11 iyl 16:46XƏBƏR LENTİ / Gündəm

Nizami rayonu icra başçısı Arif Qasımovun işdən çıxarılmasına səbəb olan VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov vəzifəsindən azad edilib.
"Qafqazinfo"nun məlumatına görə, Arif Qasımovun vəzifədən azad edilməsinə AzTV-nin ötən gün Nizami rayonunun M.X.Şərifli və Ş.Mirzəyev küçələrinin kəsişməsində yerləşən parkda qanunsuz tikilmiş obyektlə bağlı hazırladığı süjetin səbəb olduğu bildirilir.
Süjetdə bildirilib ki, dövlətin həyata keçirdiyi sosialyönümlü layihələrin hər biri vətəndaşların güzəranının daha da yaxşılaşdırılmasına hesablandığı halda bəzi şəxslər yalnız maddi qazanc haqqında fikirləşir. Maddi qazanc uğrunda görülən işləri, vətəndaşların haqlarını heçə belə saymaqdan çəkinmirlər.
Qeyd olunub ki, bəzi hallarda acgözlük, artıq tamah bütün mənəvi dəyərləri üstələyir. Vətəndaşlar üçün salınan bu parkda ot örtüyünün üzərində hansısa qazanc məqsədli obyektin tikilməsini, yəqin ki, başqa cür izah etmək mümkün deyil. Vətəndaşlar da belə vəziyyətdən məmnun deyillər.
Bu gün səhər saatlarında isə sakinlərin də narazılığına səbəb olan obyekt sökülüb.
Bir müddət sonra isə Prezident İlham Əliyev rayonun icra başçısı Arif Qasımovun vəzifədən azad edilməsi ilə bağlı sərəncam imzalayıb. Arif Qasımov bu posta 2015-ci ildə təyin olunmuşdu.(musavat.com)
Çap
Komment Əlavə et