Menu
07 iyl 23:42XƏBƏR LENTİ / Şou biznes

"Kişilər məni yox, mən onları seçirəm" – Pərvin Abıyeva

"Kişi axtarmıran. Ətrafımda yetərincə kişi var: istər kasıb, istər pullu. Belə bir məqamda seçim ancaq mənə düşür. Mən onları seçə bilərəm, onlar məni yox”.
Bu sözləri aktrisa Pərvin Abıyeva sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırarkən deyib. Aktrisa izləyicisinin "Azərbaycanda yaşayırıq, burada kişilərin 90 faizi sizi arzulayır" sözlərinə belə reaksiya verib:
“ “Özünə kişi, sponsor axtarır” kimi cümlələr qurmayın. İnanın ki, bu mənim üçün iki vur, ikidir. Münasibətdə olduğum heç bir oğlan deyə bilməz ki, Pərvin mənimlə pula görə bir yerdə olub, ona pul xərcləmişəm və s. Buna başımla cavabdehəm. Kənardan elə görünür ki, Pərvin oğlanla ancaq puluna görə bir yerdədir. Düşünürlər ki, Pərvin bir oğlanla elə belə bir yerdə olmaz. Niyə elə fikirləşirsiniz? Pul mənim üçün vacib deyil".
Aktrisa ona özündənrazı deyənlərə isə sərt reaksiya verib:

"Özümdən razı olmaq üçün səbəbim çoxdur. Allah bir insana lazım olan hər şeyi mənə verib, heç nə əsirgəməyib: gözüm, ağzım, burnum, qaşım yerindədir. Niyə də özümdən razı olmayım? İlk olaraq Allahdan razıyam".(musavat.com)
Çap
Komment Əlavə et