Xüsusi karantin rejimi qaydalarını pozaraq Bakıdan çıxmağa cəhd göstərən AA seriyalı nəqliyyat vasitəsinin müvafiq icazə olmadan karantin postundan keçmək cəhdinin qarşısı alınıb.
"Report" xəbər verir ki, 90 AA 181 dövlət qeydiyyat nişanlı "Nissan" markalı avtomobil Bakı-Quba yolunun 52-ci kilometrliyində quraşdırılan karantin keçid postunda saxlanılıb və həmin nəqliyyat vasitəsi geri qaytarılıb.
Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə iyunun 26-dan iyunun 27-dək olan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 80-i rayon, 320-i paytaxt istiqamətinə olmaqla 400, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 40-ı rayon, 65-i paytaxt istiqamətinə olmaqla 105, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 500-ü rayon, 250-i paytaxt istiqamətinə olmaqla 750 nəqliyyat vasitəsi geri qaytarılıb, ümumilikdə 1 255 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.
Həmin müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 768 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 325 nəfər həmin Məcəllənin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə bir nəfər olmaqla ümumilikdə 2 094 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Çap