Menu
26 iyn 11:53XƏBƏR LENTİ / Hadisə

Məşhur Türk futbolçunu öldürmək üçün həyat yoldaşı killer tutub - Fotolar

Karyerası ərzində "Qalatasaray", "Beşiktaş", "Fənərbağça" kimi klublarda oynamış Türkiyə millisinin sabiq üzvü Emre Aşık öldürülə bilərmiş.
Bu barədə "Habertürk TV" məlumat yayıb. Bildirilib ki, bir müddət əvvəl boşandığı həyat yoldaşı Yağmur Sarnıç veteran futbolçunun ölümünü planlaşdırırmış.
Belə ki, Yağmur Sarnıç 3 ay əvvəl Düzcedə yol nəzarəti zamanı jandarma tərəfindən həbsxanadan qaçmış Erdi Sunqurla birlikdə saxlanılmış, avtomobildən 2 silah tapılmışdı. Daha sonra Erdi Sunquru gizlədən İ.Y saxlanılıb. Cinayət planını da polisə həmin şəxs açıqlayıb.
Məlum olub ki, Yağmur Sarnıç Erdi Sunqur vasitəsi ilə Emre Aşık və vəkili Funda Sadıkahmet Alpı öldürərək, Düzcedə basdırmağı planlayırmış.
İ.Y polisə ifadəsində bunları deyib: "Səhər yeməyi zamanı Emre Aşıkı öldürmək üçün plan qurdular. Pullarını ələ keçirmək üçün öldürəcəklərini dedilər. Erdi Sunqur mənə "Emreni öldürsən pullar Yağmura qalacaq. Həmin puldan sənə 10 milyon lirə verəcəm. Sən onu öldürəcəyimiz yeri mənə göstərəcəksən" dedi. Yağmur isə "Emreni öldürdükdən sonra burda basdıra bilərik. Burda kimsə yoxdu" bildirdi. Geri qayıdarkən maşındakı iki silahı göstərib "Niyyətimiz ciddidi. Onu öldürəcəyik" dedilər" 
Emre Aşıkın vəkili Funda Sadıkahmet Alp da faktı təsdiqləyib: "İddianaməni görəndə şoka düşdük. Bu planı hazırlayan Yağmur Sarnıçla Erdi Sunqur hazırda həbsdədi. Erdi Sunqur mənə açıq şəkildə etiraf etdi. "Məqsədimiz sizi və Emre Aşıkı öldürmək idi" dedi".

Fanat.az






Çap
Komment Əlavə et