Menu
17 iyn 14:22XƏBƏR LENTİ / Hadisə

Maşınını vuran şəxsi öldürənə ağır ittiham irəli sürülüb

Magistral yolda qətl törədən şəxs hakim qarşısına çıxarılır. Ona qarşı xuliqanlıq niyyəti ilə adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.
Musavat.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən 1990-cı il təvəllüdlü Dajban Nicat Elçin oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Məhkəmə araşdırması hakim Elmin Rüstəmovun sədrliyi ilə baş tutacaq.
Qeyd edək ki, dəhşətli qətl hadisəsi ötən ilin sonlarında baş verib. Gəncə şəhərində Üzeyir Hacıbəyli küçəsində iki avtomobilin toqquşub.
Mirağa Əliyevin idarə etdiyi avtomobillə 1990-cı il təvəllüdlü Dajban Nicat Elçin oğlunun idarə etdiyi minik maşını toqquşub. Qəzadan sonra sürücülər arasında mübahisə yaranıb. Mübahisə zəminində Dajban Nicat M.Əliyevi bıçaqlayıb. Ürək nahiyəsindən bıçaq xəsarəti alan M.Əliyev xəstəxanaya aparılarkən yolda ölüb.
Məlumata görə, mərhum şəhərdə fəaliyyət göstərən valyutadəyişmə məntəqələrindən birində işləyib.
Dajban Nicata qarşı Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və soyuq silah gəzdirmə maddələri ilə ittiham irəli sürülüb.
Çap
Komment Əlavə et