Menu
11 iyn 11:39XƏBƏR LENTİ / Hadisə

Bakıda qadın cadu üçün “Baxıcı” səhifəsindən tanış olduğu şəxsə niyə 397 min manat verib?

Fala baxmaq adı ilə 397 min manatlıq dələduzluq etməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. Onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Musavat.com xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun Şahin oğlu Zeynallı və arvadı Şəfəq İsmiyeva Nərimanov Rayon Məhkəməsində hakim önünə çıxarılıblar.
Hakim Samir Məmmədov istintaq orqanının təqdimatına əsasən hər iki şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini uzadıb.
Ceyhun Zeynallı nədə ittiham edilir?
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə zərərçəkmiş şəxs Ağarzayeva Rəna Əvəz qızıdır.
İttihama görə, Rəna Ağarzayeva fala baxmaq adı ilə Çingiz Zeynallıya 397 min manat pul verib.
Belə ki, Çingiz Zeynallı həyat yoldaşı Şəfəq İsmiyeva ilə birlikdə 2017-i ildən etibarən fala baxmaq adı ilə zərərçəkmişdən pul alıblar.
İttihamda göstərilir ki, ər-arvad instagramda “Baxıcı” adlı səhifə açıblar və müştərilərə pullu xidmət göstəriblər.
Məlumata görə, Şəfəq İsmiyeva Rəna Ağarzayevaya övladının öləcəyi, ona cadu ediliyini deyərək inandırıb ki, baş verə biləcəklərin qarşısını ala bilərlər.
C.Zeynallı ittihamları qəbul etmir və zərərçəkmiş kimi tanınan qadın tərəfindən şərləndiyini deyir.(musavat.com)
Çap
Komment Əlavə et