Menu
16 sen 19:55XƏBƏR LENTİ / Şou biznes

“Cahil, at gözlü...” – Məlahət Yağmura görə Elgizi təhqir etdi

"İlk başda "Kanal 7"də yayımlanan "Yemin" serialının baş rollardan biri olan azərbaycanlı qız Narin rolunu oynayan istedadlı aktrisa Yağmur Şahbazovanı təbrik edirəm. Kanalın yüzlərlə qızın içindən seçdiyi Yağmurun İstanbula gəldiyi gündəndən yanında oldum. Onun istedadı, məsumiyyəti, özünü layiqli aparması "Kanal 7" rəhbərliyi başda olmaqla, bütün çəkiliş qrupu və aktyorlar tərəfindən sevilməsi, məni qürurlandırır”.
Musavat.com xəbər verir ki, bu sözləri əməkdar artist Məlahət Abbasova sosial şəbəkədə yazıb. 
O, aparıcı Elgiz Əkbərin aktrisa Yağmuru “Yemin” serialındakı obrazına görə tənqid etməsinə sərt reaksiya verib: “Yağmurun oynadığı Narin rolu hamı tərəfindən sevildi. Amma heyf ki, vətəndən uzaqlarda yaradıcılığı davam etdirən, oynadığı baş rolun öhdəsindən gəlməyə çalışan, sadəcə, öz işi ilə məşğul olan qızımızın obrazının necə olduğunu bilmədən, "ağzı var" deyə boş-boş danışan bəzi dırnaqarası sənət məsləkdaşlarımız var. Öz fikirlərini söyləmədən öncə bir az araşdırma etmələrini məsləhət görürəm. Sənətə, xüsusilə də oynanılan rollara at gözü ilə baxmamalarını, cahil rəy bildirməmələrini tövsiyə edirəm.
Yağmurun oynadığı rol nə süpürgəçi, nə qulluqçu, nə də cibgirdir. Bilmədən yazmaq gülüncdür. Aktyorları oynadığı rollara görə qınamaq cahillikdir. Bunu bir məsləkdaşımız edirsə, bu, faciədir. Bu gün Azərbaycan filmlərində, tamaşalarında süpürgəçi, qulluqçu, evdar qadın, cibgir, sərxoş, oğru, bazarkom və digər mənfi xarakterləri oynayan çox məşhur sənətçilərimiz var. Bu, onları təhqir etməkdir, "niyə belə rollar oynayırsız" deyə sual versəniz, onlar da sizə cavabını verə bilməyəcəyiniz suallar ünvanlayar".
Yağmur isə M.Abbasovanın paylaşımına "Dəstəyiniz üçün sonsuz təşəkkürlər. Gözəl görən gözləriniz var olsun. Hər şeyi olduğu kimi açıqladınız", - deyə reaksiya verib.
Çap
Komment Əlavə et