Menu
26 may 11:11XƏBƏR LENTİ / Hadisə

Bakıda mağazalarda nisyə dəftərlərini bağlayan “görünməz adam”

Paytaxtda xeyirxah bir insan sakinlərin məhəllə marketləri və apteklərə olan bütün borcunu ödəyib. Adını və kimliyini bildirməyən həmin şəxs bu hərəkəti ramazan bayramı münasibəti ilə etdiyini bildirib. O, borcunu ödədiyi mağazalardakı "nisyə dəftər"lərini özü ilə aparıb və bu barədə mağazanın qarşısına elan da yapışdırıb.
 ''Bir əlin verdiyini, digər əl bilməməlidir '' misalı paytaxtda gerçəkləşib. Belə ki, xeyirsevər bir şəxs mağazalara gələrək sakinlərin borcunu ödəyib, nisiyə dəftərlərini isə özü ilə aparıb.Obyekt sahibləri bildirir ki, uzun illərdir nisiyə mal versələr də belə bir halla ilk dəfədir ki, qarşılaşırlar. Həttə bağlanan borclar arasında illərdir ödənilməyənlər də olub.
Bu hal isə bir daha onu göstərir ki, Azərbaycan xalqı hər zaman biri-birinə dəstək olur. Kimisi bunu başqalarına örnək olmaq üçün əyani şəkildə göstərir, kimisi də sadəcə gizlindən savab qazanır.(xezerxeber.az)

Çap
Komment Əlavə et