Menu
24 may 16:29XƏBƏR LENTİ / Hadisə

Mingəçevirdə qadın sürcünün idarə etdiyi avtomobil 10 nəfəri vurub

Mingəçevirdə “Opel” markalı avtomobil qəza törədib.
APA-nın yerli bürosunun məlumatına görə, qəza Texniki Rezin Məmulatları zavodunun yaxınlığında baş verib.
Mingəçevir sakini Elnarə Abdullayeva Ramazan bayramı münasibəti ilə fərdi evinin həyətində qonşulara və uşaqlara şirniyyat paylayıb.
Bu zaman həyat yoldaşının avtomobil idarə etməyi öyrətdiyi Zülfiyə adlı xanım “Opel” markalı maşının idarəetməsini itirib və avtomobil evin darvazası qarşısına toplaşan kütləyə çırpılıb. Nəticədə 10-u uşaq olmaqla, 13 nəfər xəsarət alıb.
TƏBİB-dən APA-ya verilən məlumata görə, xəstəxanaya yerləşdirilən 13 nəfərdən 9-na ambulator yardım göstərilərək evə buraxılacaq.
Qəza nəticəsində 2 uşaq kəllə-beyin travması alıb, vəziyyətləri ağırdır. Xəsarət alan iki uşağın isə vəziyyəti orta-ağırdır.
Çap
Komment Əlavə et