Menu
16 may 20:20XƏBƏR LENTİ / Hadisə

“Ermənilərin Dağlıq Qarabağdakı bütün hədəflərini raketlərlə vurmalıyıq” - Qarabağ qazisi Arif Paşa

Bu gün, Laçının işğal günü ərəfəsində Qarabağ Azadlıq Təşkilatının “QAT.Qarabağa doğru!” WhatsApp qrupunun növbəti qonağı Laçın alayının əfsanəvi komandiri, Qarabağ qazisi, ictimai siyasi xadim Arif Paşa olub.
Bununla bağlı QAT mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, “Hərbi yol – yeganə yol” adlı ictimai dinləmələrdə Arif Paşa Laçın rayonunun işğalının səbəbləri, həmin vaxt xaosun hökm sürdüyü, vahid komandanlığın olmaması, heç bir ciddi səbəb olmadan Laçın alayının ləğv olunmasından bəhs edib. Keçmiş döyüşçü ürək ağrısı ilə vurğulayıb ki, bütün bu amillərin təsiri altında özümüzdən qat-qat zəif düşmənə məğlub olduq, Laçını itirdik.
A.Paşa hazırkı vəziyyəti də geniş şərh edərək, hərbi-sənaye kompleksinin yaradılması, orduda hazırlıq işləri, döyüş hazırlığının yüksəldilməsi, şəxsi heyyətə, əsgərlərin ailələrinə münasibət, şəhid ailələrinə, qazilərə, veteranlara qayğı və digər məsələlərlə bağlı öz mövqeyini, konsepsiyasını şərh edib, gərəkli bildiyi məqamları qeyd edib. O, xüsusi olaraq bildirib ki, ermənilər Azərbaycana zaman-zaman xəyanət etdiklərinə, Qarabağda dəhşətli cinayətlər törətdiklərinə, torpaqlarımızı işğal etdiklərinə görə “Azərbaycanda yaşamaq haqlarını itiriblər”, biz indiki şəraitdə “ermənilərin Qarabağda tikdikləri bütün obyektləri, hərbi mövqeləri raketlərlə vurmalı və ləngimədən müharibəni başlamalı, torpaqlarımızı azad etməliyik”.
İctimai dinləmələrin sonunda QAT sədri Akif Nağı Qarabağ qazisi Arif Paşaya aydın, konkret və cəsarətli mövqeyinə görə təşəkkür edib, Qarabağın azadlığı naminə bütün qüvvələrin birliyinin vacibliyini vurğulayıb. (musavat.com)
Çap
Komment Əlavə et