"Bəzi tibb müəssisələrinin rəhbəri və ya işçiləri məsələni düzgün qiymətləndirməyib. Nəticədə burada müəyyən anlaşılmazlıq yaranıb".
Musavat.com xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev məlumat verib.
Z.Əliyev bildirib ki, əgər hər hansı tibb işçisinin əmək haqqı ilə bağlı şikayəti varsa və ya əlavəsini almayıbsa, müraciət edə bilər: "Məsələ araşdırıldıqdan sonra əlavəsini alsın. Bu günə qədər 9483 tibb işçisinin, 1083 qeyri-tibb işçisinin əmək haqqısına əlavələr ödənilib. Bunun üçün 6 milyon manat vəsait ödənilib. Bəzən tibb işçiləri qaydaları ya səhv başa düşürlər, ya da müəssisə rəhbəri yalnış təqdim edib. Qərara görə, həmin şəxslər işlədiyi günün haqqının əlavəsini alır. Bir nəfər ay ərzində bir dəfə işə çıxıbsa, bütün ayın yox, bir günün əmək haqqısının əlavəsini alır".(musavat.com)
Çap