Menu
29 apr 13:48XƏBƏR LENTİ / Gündəm

Daha bir icra başçısı tutuldu - DTX əməliyyat keçirdi

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri bu dəqiqələrdə Biləsuvar Rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib.
Artıq İcra Hakimiyyətinin binasına giriş qadağan edilib.
Mahir Quliyev 2011-ci ildə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Artıq icra başçısı və bir neçə müavini saxlanılaraq Bakıya gətirilib (Qafqazinfo).
Mahir Quliyev əslən Kəlbəcər rayonundadır və onun bu vəzifəyə təyin edilməsində keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasovun rolu olub. O da bildirilir ki, M.Quliyev bu yaxınlarda ürək əməliyyatı keçirib.
Çap
Komment Əlavə et