Menu
27 apr 11:21XƏBƏR LENTİ / Hadisə

Bakıda tibbi maska taxıb aptekə hücum etdi - Foto

Zabrat qəsəbəsində yerləşən aprektlərdən birinə üzündə maska olan naməlum şəxs əlində tapançaya oxşar alətlə əczaçını hədələməklə 700 manat pulu quldurluq yolu ilə talayıb. Bakı Şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, hadisə aprelin 21-də axşam saatlarında qeydə alınıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən, Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunan 1979-cü il təvəllüdlü İ.Paşayev müəyyən olunaraq tutulub.
Sabunçu RPİ İstintaq şöbəsində başlayan cinayət işi üzrə, şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
 

Çap
Komment Əlavə et