Soyuducusunu təmir edə bilməyən ustanı məhkəməyə verən qadın qalib gəlib.Ağstafa rayon sakini Gülnaz Sadıxova soyuducu ustası olan Rövşən İsgəndərovu məhkəməyə verib.
G.Sadıxova iddia ərizəsində göstərib ki, yeni aldığı soyuducunun motoru işləmədiyi üçün usta kimi tanıdığı Rövşən İsgəndərova müraciət edib.
Rövşən İsgəndərov soyuducunun motorunun 180 manat olduğunu bildirib. Usta işinə 2 il də zəmanət verib. Lakin 2 ay sonra soyuducunun motoru yenidən işləməyib.
G.Sadıxova qeyd edib ki, bundan sonra R.İsgəndərov motoru aparıb, amma geri qaytarmayıb. Sonra da ürəyindən əməliyyat olunduğunu deyərək motoru dəyişməyib.
Məhkəmə G.Sadıxovanı haqlı göstərən qətnamə çıxarıb. 180 manat R.İsgəndərov tərəfindən G.Sadıxovaya ödənməlidir.
Qərardan narazı qalan R.İsgəndərov apellyasiya şikayəti verib. Məhkəmə R.İsgəndərovun şikayətini təmin
etməyib.(musavat.com)
Çap