NATO-nun Suriyada Türkiyəyə hava dəstəyi verməsinə veto qoyan Yunanıstan geri çəkilib. Strateq.az xəbər verir ki, Əsəd ordusu tərəfindən İdlibdə 34 türk əsgərinin öldürülməsindən sonra bölgədə yaranan vəziyyət rəsmi Afinanı “yumşaldıb”. Məlumata görə, bölgədə yaranan yeni köç dalğasından sonra Yunanıstan NATO-nun Türkiyəyə hava dəstəyini əngəlləyən etiraz qərarını geri götürüb. Bununla da NATO qırıcılarının Türkiyənın əməliyyatına hava dəstəyi mümkün olacaq.Çap