Sünnət zamanı uşağın cinsiyyət üzvünü dibindən kəsdilər - VIDEO
Azərbaycanda sünnət zamanı dəhşətli hadisə baş verib. Rayonların birində həkim azyaşlı usağı sünnət edən zaman ehtiyatsızlıqdan cinsiyyət orqanının sünnət hissəsi tam kəsilərək qoparılıb. Vəziyyəti idarə edə bilməyən həmin həkim usağı Bakıya göndərməyi məsləhət görüb. Valideynlər dərhal Bakıda tanınmış uşaq cərrahı Toğrul Ömərovla əlaqə saxlayaraq, əməliyyatın mümkün olub-olmamasını soruşublar. Belə vəziyyətlərdə adətən kəsilmiş hissə buzun içərisində qısa müddətdə xəstəxanaya çatdırılmalıdır ki, yerinə tikmə əməliyyatı alınsın. Uşağın valideynləri belə də edib. Sünnət buzun içərisində uşaqla birgə təcili Bakıya çatdırılıb və 2 saat ərzində əməliyyat baş tutub. Sünnətin amputasiya olunmuş baş hissəsi tez bir zamanda kavernaya köçürülüb, damar, sinirlər anatomik olaraq bərpa edilib. Əməliyyatın sonunda həkim qaralmağa doğru gedən sünnət baş hissəsinin artıq rənginin normallaşdığını və həmin hissəyə qanın bərpa olunduğunu görüb. Toğrul Ömərov qeyd edib ki, uşaq 15 gün sonra normal vəziyyətdə evə yazılıb, yenidən tikilən hissə 70 faiz tutub, sonradan nekrotik hissələr tam düşdükdən sonra dərman müalicəsi aparılacaq. Uşaqda sidik kanalı da kəsildiyi üçün hazırda sidik kanalı uc yox, aşağı hissəyə açılıb. Bu isə 6 ay sonra ikinci əməliyyatla bərpa oluna bilər. (medicina.az)