Menu
21 fev 02:50XƏBƏR LENTİ / Şou biznes

Pərviz "Survivor"da komandasını qalib etdi- VİDEO

Dünyaca məşhur "Survivor" yarışmasının Türkiyədə təşkil edilən versiyasında iştirak edən kikboks üzrə 6 qat dünya çempionumuz Pərviz Abdullayev yarışın üçüncü günündə “Ünlülər” komandasını təkbaşına qalib edib.
Türkiyə mediasına istinadən xəbər verir ki, Pərviz ardıcıl 3 məğlubiyyət alaraq yemək mükafatını itirən komandasını aclıqdan xilas edib.
Dünya çempionu bu dəfə də daha əvvəl yarışdığı və mübahisə etdiyi “Könüllülər”in üzvü Yasin Obuzla qarşı-qarşıya gəlib.
Hesabın 3-dən olduğu çətin parkur yarışında Pərviz 4 qarşılaşmanın üçündə qələbə qazanıb. Lakin komandanın qadın iştirakçısı Elif rəqibi Məryəmə 3:0 məğlub olaraq bütün məsuliyyəti yenidən Pərvizin üzərinə atıb. Bayraq yarışında yenidən meydana çıxan Pərviz Abdullayev rəqibini qabaqlayaraq komandasına vacib qələbə qazandırıb.(publika.az)
Çap
Komment Əlavə et