Menu
10 sen 22:38XƏBƏR LENTİ / Siyasət

Tramp Boltonu azad etdi - Son dəqiqə

ABŞ Prezidenti Donald Tramp Milli Təhlükəsizlik Məsələləri üzrə müşaviri Con Boltonu tutduğu vəzifədən azad edib.
Tramp bu barədə Tvitter mikrobloqunda məlumat yayıb.
"Ötən gün axşam Con Boltona Ağ Evdəki xidmətlərinə artıq ehtiyac qalmadığını söylədim. Onun təkliflərinin əksəriyyəti ilə heç razılaşmırdım. Buna görə də Con Boltona istefa verməsini istədim, o da bu gün səhər saatlarında ərizəsini yazdı", - deyə Tramp qeyd edib.
O, bu posta təyin etdiyi yeni namizədin adını gələn həftə açıqlayacağını deyib.
Çap
Komment Əlavə et