Menu
08 fev 02:02XƏBƏR LENTİ / Şou biznes

Namiq Məna: Yeməyimə mismar atdılar, 3 il... - Video

ARB TV-nin "Ona qalsa” verilişinin növbəti qonağı meyxanaçı Namiq Məna olub.
Meyxanaçı ölümdən son anda dönməsindən və onu ölümcül hala salan hadisədən danışıb:
"1991-1992-cı illərdə sənətdə iri addımlarla gedirdim. O vaxt yeməyimə balaca mismar atmışdılar və boğazımda qalmışdı. Amma idmanla məşğul olurdum deyə hiss etmirdim xəstəliyim, dərdim nədir. 3 ilə yaxın o mismar mənim boğazımda qaldı. Artıq həyatdan köçməyimə 10-15 gün qalmışdı.
Elə məsələr var ki, onu sözlə ifadə etmək çətindir. 3 il ərzində böyük çətinliklərlə rastlaşdım. Təsəvvür edin ki, dərdini biləsən nədir, onu müalicə edəsən. Bilmirdim, dərdim nədir?! Boğazım sancanda elə bilirdim ki, el şənliyində çox iştirak etdiyim üçündür. Zaman keçdikcə təzyiq verdi, çox arıqlatdı və yatağa yıxdı.
Zəngəzur mahalında ağır ocaqlarımız var. Mirsədi, Mirməhəmmədbaba ocağı. Onların xidmətçiləri olan Şəkil xala, ruhu sağ olsun, əlini boğazıma atdı və dedi ki, mismar yeyirsən? Əlini biləyinə kimi boğazıma saldı və çıxaranda gördüm ki, balaca mismardır.
Sağaldım və beynimə qan işlədi. O insanın kim olduğunu bilirəm və Allah onu cəzalandırdı. Ciddi xəstəlik tapdı və ona yaşamaq demək olarsa, canı ilə əlləşir. 22 yaşımda bu hadisə başıma gəldi”.(kult.az)
Çap
Komment Əlavə et