Şanlı bayrağımıza uzanan əlləri necə sındırdığımızı, necə dənizə atdığımızı ən yaxşı bu irqçi başlar bilir.Bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu yunan millət vəkilinin Avropa Parlamentində (AP) Türkiyə bayrağını cırmasına münasibət bildirərkən deyib.
“Avropanın ərköyün, irqçi uşaqları həddini bilsin. Avropa antiislama və irqçiliyə “dur” deməlidir. Bayrağımız hər yerdə şərəflə dalğalanmağa davam edəcək. AP-nin də bu kloun haqqında lazım olanı etməsini gözləyirik”.
Qeyd edək ki, bundan əvvəl Yunanıstan Qızıl Şəfəq Partiyasının sabiq üzvü, radikal sağçı millət vəkili Yoannis Laqos AP-də çıxışı zamanı Türkiyə bayrağını cırmışdı.(axar.az)
Çap