Məşhur aparıcı Acun Ilıcalının Elazığ zəlzələsi nəticəsində zərər görən vətəndaşlar üçün başlatdığı yardım kampaniyasında 51 milyon TL (təxminən 15 milyon manat) toplanıb.Türkiyə mətbuatına istinadən xəbər verir ki, ən yüksək yardımı 2 milyon TL ilə Cemil Kazancı edib. Tanınmış kino, musiqi, siyasət və iş adamları da xeyriyyə kampaniyasına qoşulub.
"Beşiktaş" kapitanı Burak Yılmaz 300.000 lirə, iş adamı Hüseyin Özdilek 1 milyon TL, Cəmil Kazancı 2 milyon TL, fələstin əsilli Əhməd Elser 500 min TL, iş adamı Fettah Tamince 250 min TL, Daxili İşlər naziri Süleyman Soylu 20 min TL, Cihan Kamer, Atasay Kuyumculuk 1 milyon TL yardım edib.
Hadisə, Seda Sayan, Sibel Can, Murad Boz və Tarkan hərəsi 100 min TL, Mustafa Ceceli 50 min TL, Reymen 25 min lirə yardım edib. Nusret Gökçe isə bu gün bütün restoranlarından gələn gəliri verəcəyini söyləyib.(publika.az)
Çap