Menu
28 yan 01:45XƏBƏR LENTİ / Şou biznes

Vüsalə Əlizadə açıq-saçıq geyimlərindən yazdı...(FOTO)

“Geyim soğan qabığı kimidir, üst görkəmindən şirin, ya acı çıxacağını kimsə bilməz... Bir qadının da əsaləti və zərifliyi daxilindən, doğuşdan gəlməlidir! Geyimlə ölçülməyəcək çəkisi olmalı hər xanımın!”
Bu sözləri son günlərdə geyimləri tez-tez müzakirə olunan aparıcı Vüsalə Əlizadə instaqramda yazıb. Gözəlliyinə və özünə əmin olan məşhur bildirib ki, qızı Diləyin sayəsində güclü olmağı öyrənib:
“Sol yanım, can payım, yarım, sirdaşım... Sayəsində güclü qadın, mübariz, məğlubolmaz insan və nümunəvi ANA olmağı öyrəndiyim varlığım. Biz həyatı bərabər öyrənirik, Allahın bizdən aldıqları və verdikləri ilə çox xoşbəxtik, şükürlər olsun. Həyatımın ən böyük yatırımı, mənimdir deyib sahib olduğum tək varlığı , nə yaxşı ki, varımsan həyat dostum”.
Xatırladaq ki, ötən həftə aparıcı Vüsalə Əlizadə ATV telekanalında yayımlanan “7 canlı” adlı proqrama geyindiyi libasla gündəm yaratmışdı. Onun geyimi tənqid edilmişdi.(publika.az)

Çap
Komment Əlavə et