Menu
19 yan 01:34XƏBƏR LENTİ / Siyasət

Azərbaycan qadınını aşağılayan deputatlığa namizəd...

35 saylı Xətai üçüncü Seçki Dairəsindən deputatlığa namizəd, “Yeni Müsavat” Media Qrupunun təsisçisi Rauf Arifoğlu yanvarın 18-də seçicilərlə növbəti görüşünü keçirdi. Xətai rayonu ərazisində yerləşən Mirzə Ələkbər Sabir adına kitabxananın akt zalında baş tutan tədbirə 35-ci dairənin seçiciləri böyük maraq və coşğu ilə qatılmışdılar.
200 nəfərdən artıq adam tutan zal tamamilə dolmuşdu, xeyli insan ayaq üstə idi, hətta zalın qapısından arxada, foyedə də insanlar dayanıb namizədini dinləyirdilər. Hörmətli seçicilər xeyir-dualarını verir, Rauf Arifoğlunu dəstəklədiklərini qeyd edirdilər.

Görüşə şəhid İnqliab İsmayılovun adını daşıyan küçənin sakinləri, o cümlədən şəhidimizin xanımı Gülnaz xanım da qatılmışdı.
Rauf Arifoğlunun seçicilərdən birmənalı şəkildə dəstək aldığı bu görüşdə də öz təsdiqini tapmış oldu.

Təbii olaraq da bir çox vətəndaşlar görüşdə problemlərini dilə gətirdilər, “Yeni Müsavat”ın əməkdaşları onları qeyd etdilər və həmən də bunlar işıqlandırılacaq, müvafiq cavabdeh qurumların diqqətinə çatdırılacaq.

Rauf Arifoğlunun qələbəsini anlayan bu dairədki namizədlərdən biri isə bir daha öz xislətini nümayiş etdirdi bu görüş zamanı.

Xalq, millət dərdi çəkdiyini uzun illərdir pafosla bəyan edən bu namizəd faktiki olaraq bütün mənəvi dəyərlərdən uzaq biri olduğunu, xüsusi ilə Azərbaycan qadınını öz çirkin məqsədləri üçün aşağılamaqdan da çəkinmədiyini isbatladı.

4-5 qadını öyrədib, ələ alıb Rauf Arifoğlunun seçiciləri ilə görüşünü pozmaq, təxribat törətmək üçün tədbirə yollamışdı. Əlbəttə, biz onları həmən deşifrə etmişdik. Hətta kimliklərini, missiyalarını hiss etdiyimiz halda onların hay-küylə gəlib ön sırada əyləşmələrinə belə mane olmadıq. Düşündük ki, Azərbaycan qadınıdır, onları kimsə öz çirkin məqsədlərinə alət edə bilər, lakin biz XANIMLARIMIZA heç bir halda kobud davrana bilmərik.

Gözlədiymiz kimi də oldu: Rauf Arifoğlu çıxışa başlayandan az sonra onlar səs-küy salmağa başladılar, bəziləri israrla çıxış üçün söz istədilər. Təbii, alnımız açıqdır, kimsədən çəkincəkliyimiz də yoxdur və xanımlardan birinə söz verdik. Çıxış etdi, onu və digərlərini öyrədib tədbirə göndərən namizədi əslində layiq olmadığı sözlərlə tərif etdi. Daha sonra digər xanımlar aldıqları təlimat üzrə pozuculuq fəaliyyətinə başladılar. Şübhəsiz, zalda Rauf Arifoğlunun tərəfdarlarının “Rauf bəy” şüarını birlikdə ucaltmaları səbəbindən onların səsi eşidilmirdi...
Sonda utanclı bir halda zalı tərk etdilər. Seçki Qərargahımızın üzvləri onları görüş yerinin qarşısından yola salanda isə şahidi olublar ki, bir mikroavtobus həmin qadınları götürüb, apardı. Yəni tam və öncədən təşkil olunmuş əxlaqsız bir provokasiya olduğu ortalığa çıxdı.
Çox çirkin bir işdir belə hərəkətlər. Onları öyrədib, mikroavtobusa doldurub göndərən və sonra da aparan namizəd Azərbaycan qadınını bu cür aşağlamış oldu.


Qətiyyən bu qadınları qınamaq, tənqid etmək fikrində deyiləm. Onlar xalqımızın təmsilçisi, bir vətəndaş olaraq həm də bizimdir. Nə zamansa bir dərd-səri olanda o qadınların da harayına çatmağa hazırıq.

Göz önündə miskin, utanc durumunda isə onlardan bu cür – namərdcəsinə istifadə edən namizədin ÜMİDSİZ siması canlanırdı o anlarda.
Bir kişinin Azərbaycan qadınından bu şəkildə, çirkin məqsədləri üçün istifadə etməsi əxlaq normalarına sığmır. Xalq, millət “davası” apardığını deyən birisi Azərbaycan xanımını belə rəzil duruma düşməyə məcbur edirsə, deməli, ondan nə cür pislik desən gözləmək olar. Zaldakı seçicilər, bundan bu və digər şəkildə xəbər tutan dairənin xeyli seçicisi bir daha bələd oldu həmin namizədin mənəvi-əxlaqi durumuna.
Biz bundan sonra da o namizədin hər cür təxribatını gözləyirik və hər bir situasiyadan üzüağ çıxacağıq. Eyni zamanda, bu iyrəncliklərin müəllifini də ifşa, yerlə bir etməyə gücümüz, imkanlarımız yetir.

Biz sadəcə öz işimizlə məşğuluq və olacağıq. Ancaq o namizəd iyrəncliklərindən əl çəkməsə, onu tamamilə bitirmək üçün bizə cəmi 1 gün bəs edəcək...(musavat.com)
Çap
Komment Əlavə et