Bakının Səbail rayonunda 3 nəfər əcnəbi ölkənin vətəndaşı tüstüdən boğularaq ölüb. APA xəbər verir ki, bədbəxt hadisə Xanlar küçəsi 60, mənzil 9 ünvanında baş verib.Səbail RPİ-dən verilən məlumata görə, yanğın çamadandan başlayıb. Elektrik qısaqapanması nəticəsində çamadan yanıb və yatmış vəziyyətdə olan üç nəfər Şri-Lanka vətəndaşları tüstüdən boğularaq ölüb. 1995, 1997 və 1999-cu il təvəllüdlü həmin üç qız Azərbaycan İqtisad Universitetinin tələbələri imiş.Hazırda hadisə yerində polis və prokurorluq orqanlarının əməkdaşları, həmçinin FHN-in yanğınsöndürənləri araşdırma aparır.