Menu
07 yan 01:32XƏBƏR LENTİ / Xarici

Məşhur aktrisa Avstraliyadakı yanğınlara görə ağlayaraq kömək istədi - Video

Məşhur aktrisa Marqo Robbi Avstraliyada baş verən yanğın hadisələrinə görə ağladığı videonu paylaşıb.
Teleqraf.com xəbər verir ki, aktrisa 18 milyona yaxın izləyicisi olan sosial media hesabında yayımladığı video ilə yanğınlara diqqət çəkərək fanatlarından kömək istəyib: "Ölkəmizin(Avstraliya) nə qədər gözəl olduğunu görməyinizi istəyirəm. Həqiqətən, çox gözəldir və bu olanlar canımızı yandırır".Robbinin "Qızıl Qlobus" mükafat gecəsindən öncə belə bir paylaşım etməsi izləyiciləri tərəfindən təqdir edilib.(teleqraf.com)
Çap
Komment Əlavə et