Qardaş Azərbaycanın torpaqlarının 20 faizi işğal atındadır. Qalxın, əvvəlcə oranı xilas edək!Bunu Liviyaya əsgər göndərilməsi ilə bağlı Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilən növbədənkənar müzakirə zamanı İYİ Partiyası adından danışan millət vəkili Aytun Çıray deyib.
"Hörmətli Prezident "dəvət edildiyimiz yerə gedərik" dedi. Bu məntiqlə dəvətə nə gərək var? Qardaş Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Əvvəlcə oranı xilas edək. Həqiqətlər və maraqlar var. "Sülh çeşməsi" hərəkatını dəstəklədik, nə oldu? Bir tvitlə aslanlar kimi irəliləyən türk ordusunu dayandırdınız", - Aytun bildirib.(axar.az)
Çap