Menu
30 dek 01:37XƏBƏR LENTİ / Gündəm

AQTA trans yağlarla bağlı normadan narazıdır

Azərbaycanda qida yağlarının tərkibində trans yağların normativ həddinin aşağı salınması məsələsi qanunla tənzimlənməlidir. Çünki hazırda Azərbaycanda trans yağlarla bağlı normativ hədd göstəricisi 8% təşkil edir. Bu rəqəm 2% olmalıdır.
Bu sözləri jurnalsitlərə açıqlamasında AQTA sədri Qoşqar Təhməzli deyib. O bildirib ki, energetik içkilərdə olduğu kimi, trans yağları ilə müvafiq normativ hüquqi sənədlərlə tənzimlənir:
“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi istəyir ki, Avropa Qida Təhlükəsizliyi Agentliyinin tövsiyələrinə uyğun olaraq, ölkədə də trans yağlarının yuxarı həddini 2% edək. Təbii ki, bu məsələ qanunvericilikdə öz əksini tapmalıdır.
Sənədlər hazır olduqdan sonra Ədliyyə Nazirliyinə təqdim olunacaq. Orada qeydiyyatdan keçdikdən sonra hüquqi status qazanacaq”.(axar.az)
Çap
Komment Əlavə et