"Allah hamının balasını xoşbəxt eləsin. Amma yaman həyəcanlı məsələ imiş evlilik. Özü də söhbət övladdan gedirsə... O gündən yuxum qaçıb, xəbəriniz var? Allah başınıza gətirsin. Allah heç kimin övladını atdığı addımdan peşman etməsin, biz də içində".Bu sözləri Əməkdar artist Aybəniz Haçımova instaqramda qızı haqqında paylaşdığı statusda yazıb.
"O gündən telefon susmur. Bütün dostlarım sevinir. Zəng vurub, Aybəniz sənin yanındayıq deyirlər. Nə qədər gözəldir dostların sənin üçün bu qədər sevinməsi" , - deyə sənətçi sözlərinə əlavə edib.
Məlumat üçün bildirək ki, Aynişan idman müəllimi Kənanla nişanlanıb.(publika.az)
Çap