Təxminən bir ay əvvəl itkin düşmüş Sankt-Peterburqdan olan 66 yaşlı turistin cəsədi Murmansk vilayətindəki tundrada aşkarlanıb.Teleqraf.com xəbər verir ki, Rusiya İstintaq Komitəsinin məlumatına görə, cəsədin yanında turistin itini görüblər. Retriver cinsindən olan it bu müddət ərzində xeyli arıqlasa da, sahibinin cəsədini tərk etməyib.
Təhqiqatçıların sözlərinə görə, 1953-cü il təvəllüdlü Sankt-Peterburq sakini iyulun 27-də Murmansk vilayətinə gəlib. Avtomobilini dayanacaqda saxlayaraq saamların müqəddəs saydıqları və turistlər arasında populyar olan Seyd gölünə yollanıb. Gedərkən bir gün sonra qayıdacağını deyib. Lakin bundan sonra onunla əlaqə kəsilib.
Turistin cəsədi sentyabrın 2-də dayanacaqdan 3,5 kilometr aralıda aşkarlanıb. Müstəntiqlər meyitin üzərində zorakılıq əlamətlərinin olmadığını bildiriblər.
Çap