ABŞ-ın Ayova ştatının Klayv şəhərini hüquq-mühafizə orqanları irqi zəmində həyata keçirilən cinayətə görə bir qadını həbs ediblər.
Bu barədə “Fox News” kanalının xəbərində deyilir.
Kanalın verdiyi informasiyaya əsasən, qadın 14 yaşlı meksikalı qızı qəsdən öz avtomobili ilə vuraraq xəsarət yetirib. Nikol Mari Pul Franklin adlı ştat sakini azyalı qızı sırf meksikalı olduğu üçün üzərinə getdiyini boynuna alıb.
Klayv şəhərinin polis departamentini şefi Maykl Venema da cinayətin sırf irqi və milli nifrət zəminidə törədildiyini təsdiqləyib.
42 yaşlı qadına qarşı qəsdən adam öldürmə cəhdinə görə ittiham irəli sürülüb. Özü də hadisə piyadalar üçün nəzərdə tutulan keçiddə baş verib. Məktəbli qız dərsdən sonra basketbol oyununa tələsirmiş. Hadisə nəticəsində ona ciddi xəsarət yetirildiyi bildirilir.
Hüquq-mühafizə orqanlarını araşdırması zamanı Nikol Franklinin əvvəllər irqçi və radikal çıxışlarına görə həbs olunduğu ortaya çıxıb.
ABŞ-ın CNN kanalı həmin qızı danışdırmağa müvəffəq olub. Ölümdən güclə qurtulan məktəbli hələ də hadisənin şokundan ayıla bilmədiyni qeyd edib. ABŞ kanalları təhlükəsizliyinin təmin edilməsi naminə onun adını açıqlamırlar.(musavat.com)
Çap