“Beyləqan rayonunda həbs edilən ehtiyatda olan polkovnik Qadir Vəlişov prokurorluğun vəsatəti əsasında azadlığa buraxılıb və cinayət işinə xitam verilib!”
“Beyləqan rayon məhkəməsi prokurorluğun vəsatəti əsasında polkovnik haqqında qaldırılan həbs-qətiimkan tədbirinə yenidən baxmış, işə xitam verilərək Qadir Vəlişov azadlığa buraxılmışdır. Polkovnik Qadir Vəlişov azadlıqdadır, evindədir“.Bu məlumat Qaziler.az saytına “Qarabağ qaziləri“ ictimai birliyindən verilib.
Xatırladaq ki, Q.Vəlişov Qarabağ müharibəsi başlayan ilk gündən Silahlı Qüvvələrimizdə xidmət keçib, 1994-cü ildə Füzuli istiqamətində ağır yaralanıb, 1 il müalicə alandan sonra yenidən xidmətə qayıdıb. 15 ilə yaxın hərbi hissə komandiri olan polkovnik 2016-cı il aprel döyüşlərində ağır yaralanıb. O, Azərbaycan bayrağını Lələtəpəyə sancan hərbçilərdən biri kimi tanınıb.
Bu əməliyyat zamanı yaralandıqdan 8 aydan sonra yenidən xidmətə qayıdaraq, N saylı korpusda Döyüş hazırlığı şöbəsinin rəisi olub.
Qadir Vəlişov "Aprel döyüşləri"ndən sonra Ali Baş Komandan tərəfindən qəbul edilib, mükafatlandırılan zabitlərdən biridir.
Q.Vəlişov Naxcıvanski adına Hərbi litseydə bir müddət rəis müavini vəzifəsin icra edib, 6 ay öncə Silahlı Qüvvələrdən tərxis olunub.
Çap