Menu
16 dek 01:46XƏBƏR LENTİ / Xarici

Evli adamdan hamilə qaldığım üçün... - Şeymadan etiraf

İzləyicilərinin istəyi ilə Yutub kanalında canlı yayım açan türkiyəli prodüser-aparıcı Acun İlıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşı şəxsi həyatı haqqında danışıb.
Məşhurluğuna aydınlıq gətirən Subaşının cavabı tənqid olunub.
"Evli bir adamdan hamilə qaldığım üçün mən də məşhur oldum. Məşhurlar dünyasına girdim", - deyə Şeyma Subaşı qeyd edib. Onun bu ifadələri deyərkən gülməsi təqibçilərin diqqətindən yayınmayıb.
O, qızı Melisanın Mayamidə doğulduğunu və hamiləlik dönəmində tək qalıb Allaha sığındığını söyləyib.
İzləyiciləri Subaşına evli şəxsdən hamilə olmasını özünə yaraşdırdığı üçün irad bildiriblər.(teleqraf.com)
Çap
Komment Əlavə et