Paytaxtın Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 49A ünvanındakı “Uğur-2” yaşayış kompleksindəki mənzildə baş verən qətllə bağlı yeni məlumatlar əldə edilib.Belə ki, kirayə mənzildə yaşayan ana və gənc qızı öldürən şəxsin kimliyi artıq məlumdur. Məlumata görə, adı və soyadı açıqlanmayan qatil Fatma Həmzəyevanın oğlu imiş.
Həmin şəxsin ölkədən qaçdığı və Rusiyaya getdiyi barədə xəbərlər dolaşır. Ölən gənc qız Bakıxanovdakı marketlərin birində satıcı işləyirmiş.
Onların uzun müddətdir ki, bu kompleksdə kirayədə yaşadıqları bildirilir.
Qətlin səbəbi bilinmir.
***
Hadisə şahidlərinin BAKU.WS-ə verdikləri məlumata görə, cinayət dünən saat 22 radələrində baş verib.Bildirilir ki, gənc oğlan həmin ünvanda kirayədə qalan anası və bacısını xüsusi amansızlıqla qətlə yetirib.
Ölənlər 1994-cü il təvəllüdlü Elgün Əbülfəz qızı Niftizadə və onun anası 1968-ci il təvəllüdlü Fatma Vafa qızı Həmzəyevadır.
Gənc qızın boğazının kəsildiyi və anasının isə bədəninə çoxsaylı bıçaq zərbələri vurulduğu deyilir.
Gənc oğlan amansız cinayəti qısqanclıq səbəbindən edib. Deyilir ki, o, ana və bacısını keçirdikləri həyat tərzinə görə öldürüb.(publika.az)
Çap