"Interview" jurnalına müsahibə verən aktyor Bred Pitt həmkarı Entoni Hopkinsin suallarını cavablandırıb. Ancelina Coli ilə boşandıqdan sonra necə dəyişdiyini səmimi şəkildə danışan kino ulduzu "Artıq hər gün ağlayıram" deyə səmimi etiraf edib.
Aktyor 20 ildir ağlamadığını, lakin şəxsi həyatında baş verən son olaylardan sonra çox həssas olduğunu bildirib. Pitt övladları, dostları və onunla bağlı yayılan xəbərlərdən sonra daha duyğusal olduğunu və emosiyaların onu haraya doğru apardığını bilməsə də, bunu müsbət əlamət kimi qəbul etdiyini deyib.
Aktyorun sözlərinə görə, alkoqolizm onun üçün qaçışdır. Məşhur aktyor zaman keçdikcə emosional təsirlərə daha çox məruz qaldığını etiraf edib:
"Səhvlərimi qiymətləndirirəm, çünki məni daha ağıllı etdilər. Biri, digəri olmadan mümkün deyil... İnsanın səhv etdikdən sonra atdığı növbəti addımı vacibdir. Onun mahiyyətini müəyyənləşdirən məhz budur, səhvin özü deyil. Hamımız səhv edəcəyik. Bəs növbəti addımımız nə olacaq?.."
Məlumat üçün bildirək ki, Bred Pitt və Ancelina Coli 10 illik vətəndaş nikahından sonra 2014-cü ildə evlənmişdi. Toydan iki il sonra cütlüyün boşanma xəbəri böyük şok yaratmışdı.
Çap