Menu
03 dek 01:28XƏBƏR LENTİ / Xarici

Türk aktyor: "Nurgülü yolda görsəm..."

Türkiyəli aktyor Erkan Petekkaya, "Magazin Noteri"də serialların birində tərəf müqabili olduğu Nurgül Yaşılçay barəsində danışıb.
Aktyor Yaşılçaya hirsli olmadığını deyib:
""Paramparça" 1,5 il çəkdi və çox yaxşı idi. Nurgül, birgə iş zamanı mübahisə etdiyim, hirsləndiyim dostumdur. Onunla məhkəmədə belə görüşdük, amma davam etmədik. Hər şey arxada qaldı. Yolda görsəm, salam verərəm".
Erkan Petekkaya "təyyarə qalmaqalı" ilə bağlı da danışıb:
"Bəlkə də söhbət menecerim olmadığına görə böyüdü. Spirtli içkiyə gəlincə, 500-600 bölümdə çəkilmişəm, evimdə 3 dolab mükafat var. Həftədə 1-2 gün əylənmə şansım var. Düşünürlər ki, hər gün əylənirəm".
Çap
Komment Əlavə et