Menu
28 noy 01:38XƏBƏR LENTİ / Şou biznes

Plastik əməliyyat etdirən Günelin İNANILMAZ DƏYİŞİMİ: "Bədəninin hər yerini…"

Müğənni Günel Zeynalova son günlərdə türk mətbuatında plastik əməliyyat etdirməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sənətçi üzündə bir neçə plastik əməliyyat etdirdiyini etiraf edib:
"Bu şəkillər 12 yaşımda, Türkiyəyə ilk gəldiyim illərdə çəkilib. Uşaqlıq fotolarınızı açıb baxın, özünüzü heç bəyənməyəcəksiniz. Mən isə o halımı bəyənir və dəstəkləyirəm. Çünki insanlar məni o cür tanıyıb. Hər bir xanım kimi mən də plastik əməliyyat etdirmişəm. Burnumu və üst dodağımı düzəltdirmişəm. Hansı həkimdən istəyirsiniz soruşun, başqa estetik müdaxilə etdirmişəm, ya yox? Plastik əməliyyat pis bir şey deyil, məmnunam, bunu etiraf etməkdən isə utanmıram. İndi bədəninin hər yerini plastik əməliyyat etdirən və ya heç etdirməyən xanımlar var. Hamısına da hörmətlə yanaşıram.
1999-cu ildə 55 kq idim. Sonra 52-51 kq çəkidə oldum. İndi 44-45 kq çəkidəyəm. Arıqlayan insanın üzündə ət qalmır. 34 yaşım var, bunu deməkdən çəkinmirəm.(publika.az)
Günel plastik əməliyyatları ilə türk mətbuatının gündəmində - Fotolar
Yeni klip çəkdirdim, ondan yazın... Nə günlərə qalmışıq. 1999-cu illərdə hər şey çox gözəl idi. Sənətə və sənətçiyə hörmət etməyi öyrənməliyik. Nə günlərə qaldıq...
Bir də yazıblar ki, çənəmi düzəltdirmişəm. Çənəmi niyə əməliyyat etdirim ki? Ağlayacam...".
Çap
Komment Əlavə et