Menu
07 noy 01:36XƏBƏR LENTİ / Şou biznes

Aparıcı restoranda şəkil çəkdirənləri qınadı - HEÇ OLMASA, PUL ÖDƏYİRSİNİZ?

“Hər gün bir restorana gedib, qarşısınızda yemək-içmək dolu masa, qaşıq ağzınızda və ya nəyisə dişləyərək şəkil çəkdirib İnstaqramda paylaşıb, “ən dadlı yeməklər, ən gözəl məkan ora-bura” deyirsiniz... Mənə həqiqətən maraqlıdır ki, sonda hesab ödəyirsiniz?”.
Bu sözləri aparıcı Samir Bayramlı Feysbukda yazıb. İnstaqram hesabını yemək bazarına çevirən məşhurları qınayan aparıcı onların ünvanına kəskin sözlər bildirib:
“Yəqin ki, çoxsaylı izləyicilərə tərif dolu şəkil paylaşdığınız və məkanı reklam etdiyiniz üçün orada qonaq olursunuz... Özü də necə olursa, bir gün keçmir ki, eynitipli şəkli tamam başqa məkanda çəkdirib, paylaşıb, eyni şeyləri də yazırsınız... Nə məntiqdirsə... Onda belə çıxır ki, bunların hamısı bir qarın çörəyə görədir. Bunu bilə-bilə məkan sahibləri və ya marketinq menecerlərinin o reklamı təklif etməsi də ayrı mövzudur əslində... İnanmıram ki, kimsə oradan “qəşəng” pul alsın. Əslində, normalda bunun əvəzi yaxşı ödəniş olmalıdır. Uzağı bir dəfə də ailə, dost, qohumla gedib, yeyib-içirsiniz, vəssalam. Xüsusi məqamları, halları, bu tip bəzi şəkilləri və adamları təbii ki, istisna edirəm”.
Çap
Komment Əlavə et