“Yalandan yeməyi bıçaqla kəsib kübar görünməyə çalışmaq lazım deyil. Kənd qızları var ki, gəlib özünü şəhərli kimi göstərir. Məndə olan mədəniyyət Avropada yoxdur".Bu sözləri xanəndə Elnarə Abdullayeva ARB telekanalında Dilarə Əliyevanın qonağı olarkən deyib.
Qeyri-səmimi insanlara ismarış yollayan müğənni hər kəsi özü kimi olmağa səsləyib:
“Özünüz kimi olun. Nə olub kənd qızlarına? İnanmıram ki, Avropa mədəniyyəti mənim mədəniyyətimə çatsın. Qoyun otarmışam, mal-qaraya baxmışam. Bununla belə heç vaxt balaca bir kağızı yerə atmamışam. İnsanın qanında-canında mədəniyyət olmalıdır. Çəngəl-bıçaq mədəniyyət göstəricisi deyil”.
Çap