Hindistanın Uttar Pradeş ştatının Jaunpur bölgəsində ardıcıl olaraq 41 yumurta yeyən şəxs həyatını itirib.
Bu barədə "Dailymail" məlumat yayıb.
Məlumata görə, 42 yaşlı Subhash Yadav və dostu 2 min hind rupisindən (48 manat) mərcə giriblər.
Onlar öz aralarında 50 yumurtanı tez yeyən şəxsin qalib gələcəyini bildiriblər.
Yadav 42-ci yumurtanı yeyərkən huşunu itirib xəstəxanaya aparılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Xəstəxana rəhbərliyi Yadavın həddindən artıq yeməkdən öldüyünü açıqlayıb.
Çap