Menu
12 dek 13:07XƏBƏR LENTİ / Gündəm

Laçın dəhlizi": Jurnalistlərimiz və QHT-lər rus sülhməramlıları ilə toqquşdu

Bir qrup azərbaycanlı jurnalist və QHT nümayəndələri Şuşa-Laçın yolunda, sülhməramlıların post qurduğu yerdə aksiya keçrib. 

Bu barədə hadisə yerində olan musavat.com-un əməkdaşı Elşad Məmmədli xəbər verib.

Onun sözlərinə görə, aksiyanın keçirilməsində məqqsəd Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş rusiyalı sülhməramlıların himayəsinə sığınmış ermənilərin ölkəmizə ekoloji problem yaratması, ayrıca sülhməramlıların Azərbaycan vətəndaşlarının Laçın rayonunda sərbəst hərəkətləriinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eləcə də digər dövlət qurumlarının monitorinq aparmalarına mane olmasıdır.

Əməkdaşımız xəbər verir ki, sülhməramlılar aksiya iştirakçılarının qarşısını kəsiblər, mübahisə yaranıb. Aksiya iştirakçıları tələblər yazılmış transparantlar qaldırıblar, şüarlar səsləndiriblər. Əsas tələblər "Qarabağda ekoloji terrora, qızıl mədənlərinin qanunsuz istismarına son qoyulsun"dur.

(musavat.com)

Çap
Komment Əlavə et