Menu
19 may 16:56XƏBƏR LENTİ / Hadisə

Ermənipərəst müğənninin Bakı konserti ləğv olundu

Rusiyalı müğənni Lyubov Uspenskayanın oktyabrın 9-da Bakı Konqres Mərkəzində keçirilməsi gözlənilən konserti ləğv olunub.
“Sputnik Azərbaycan”ın yazdığına görə, ermənipərəst ifaçının konsertinin ləğv olunmasına səbəb Bakı sakininin Mədəniyyət Nazirliyinə müraciəti olub. Quruma müraciət edən şəxs bildirib ki, L. Uspenskaya ermənipərəst mövqeyini açıq şəkildə ifadə edir, KİV və sosial şəbəkələrdə Azərbaycanın ünvanına təhqiramiz ifadələr işlədir.
Mədəniyyət Nazirliyi də artistin paylaşımları ilə tanış olduqdan sonra onun konsertini ləğv edib. Konsertə bilet satışını həyata keçirən “iTicket.az” konsertin hansı səbəbdən ləğv olunduğunu açıqlamadı.
 
Çap
Komment Əlavə et