UEFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) və FIFA oyunların vaxtını 60 dəqiqəyə endirməyi düşünür.
"Daily Mail"ə istinadən xəbər veririk ki, bu barədə tanınmış referi Mark Klattenburq bildirib.
Onun sözlərinə görə, "xalis oyun vaxtı"nın tətbiqi variantı da nəzərdən keçirilir: "Hakimlər oyunda dayanmaların mübahisəli məsələ olduğunu bilirlər. Qalib komanda sonda az, məğlub tərəf isə daha çox vaxt tələb edir. Düşünürəm ki, bunun həll yolu "xalis oyun vaxtı"nı tətbiq etmək və matçları 60 dəqiqə etməkdir. Kollina, FIFA və IFAB hazırda bu ideyanın üzərində işləyir. Bu sistem basketbolda var. Futbolda da tətbiq oluna bilər".
Klattenburq bildirib ki, bu sistemdə top kənarda olanda, futbolçular zədələnəndə və hakimlərlə söhbət edəndə görüşün vaxtı dayandırılacaq: "Beləliklə, hər qarşılaşmanın müddəti sabitlənəcək və vaxt məsələsindəki ziddiyətdən xilas olacağıq".(report.az
Çap