Ötən gün yanıq xəsarətləri ilə Bakıdakı xəstəxanaların birinə gətirilən 5 yaşlı qız ölüb.
“Qafqazinfo”ya istinadən xəbər veririk ki, 2017-ci il təvəllüdlü Zəhra Zülfüqarova termiki yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Həkimlərin səylərinə baxmayaraq azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
İlkin araşdırma zamanı 5 yaşlı qızın dünən axşam saatlarında Mehdiabad qəsəbəsində yaşadığı evdə bədbəxt hadisə nəticəsində yanıq xəsarətləri alması müəyyən edilib.
Araşdırmalar davam etdirilir.
Çap