Litva Prezidenti Qitanas Nauseda, Latviya Prezidenti Eqils Levits, Estoniya prezidenti Alar Karis və Polşa prezidenti Andjey Duda Kiyevə yola düşüblər. APA xəbər verir ki, bu barədə Litva prezidenti "Twitter"də bildirib.
"Kiyevə güclü siyasi dəstək və hərbi yardım mesajı ilə yollanırıq. Litva Ukraynanın öz suverenliyi və azadlığı uğrunda apardığı mübarizəsini dəstəkləməyə davam edəcək", - Qitanas Nauseda bildirib.
Çap