Bakıda gənc qız sevgilisi tərəfindən zorlanıb.Bu barədə Space Tv-də yayımlanan «Gəl dərdini danış» verilişində məlumat verilib.
Verilişə müraciət edən Nuranə adlı xanım sevdiyi oğlan tərəfindən zorlandığını iddia edib. Onun iddiaları hər kəsi dəhşətə gətirib.
Nuranənin sözlərinə görə, sevdiyi oğlan onu anası ilə tanış olmaq adı ilə evə aparıb və iyrənc əməlini həyata keçirib. Bir az sonra verilişə adı çəkilən şəxsin anası da qoşulub. Ananın açıqlamaları hətta teleaparıcını da özündən çıxardıb. Nuranəni təhqir edən qadının telefon zəngi efirdən kəsilib. Qadın bildirib ki, oğlu ilə Nuranə sosial şəbəkələrdən tanış olub. Oğlu Nuranəni heç vaxt sevməyib.
Verilişdə iştirak edən Şeyx Əbdül də məsələyə sərt reaksiya bildirib. O, aidiyyəti qrumların bu işə göz yumamasına çağrış edib.
Çap